R.Barrikello uik-endin startından razıdır

Son günlər diqqət mərkəzində olan Brawn GP komandasının sürücüləri hər iki cümə sərbəst yürüşündə sürətli olublar və həqiqətən builki çempionatın […]

Son günlər diqqət mərkəzində olan Brawn GP komandasının sürücüləri hər iki cümə sərbəst yürüşündə sürətli olublar və həqiqətən builki çempionatın favoritlərindən olduqlarını sübut ediblər. Rubens Barrikello Niko Rosberqə (Williams) çox az uduzub və bu onun sabahkı sıralanma turuna inamını daha da artırıb…

Rubens Barrikello: “Artıq bizim Melburnda olmaq faktımız komandanın böyük nailiyyətidir. Mən yenidən sükan arxasına oturmağa və yarış taktikası hazırlamağa çox şadam. Biz testlərə çox az vaxt ayıra bildik, amma komanda sübut etdi ki, rəqabətədavamlı maşın qurub və bu gün biz yaxşı çalışdıq.

Biz hər iki təkər tərkibindən istifadə etdik və ümumən sürətimizdən razıyıq, ona görə də Brawn GP-nin sabahkı sıralanma turunda yaxşı çıxış etmək şansı var.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*