N.Pike və K.Rəykkönen Bəhreynə gəlməyəcəklər

Biz artıq yazmışdıq ki, Bəhreyn Qran Prisinin təşkilatçıları çempionatın 60 yaşını qeyd etmək üçün hazırda sağ olan bütün Formula1 çempionlarını […]

Biz artıq yazmışdıq ki, Bəhreyn Qran Prisinin təşkilatçıları çempionatın 60 yaşını qeyd etmək üçün hazırda sağ olan bütün Formula1 çempionlarını bir araya toplamağı qərara alıblar. Gulf Daily News qəzetinin son xəbərinə görə, 20 çempiondan on səkkizi öz razılığını bildirib – yalnız Nelson Pike və Kimi Rəykkönen Bəhreynə gəlməkdən imtina ediblər.

Cek Brəbhəm, Ceki Stüart, Con Sörtiz, Əmerson Fittipaldi, Niki Lauda, Mario Andretti, Codi Şökter, Alan Cons, Keke Rosberq, Alen Prost, Naycel Mənsell, Dəymon Hill, Jak Vilnöv və Mika Hakkinin fəxri qonaq kimi, Mixael Şumaher, Fernando Alonso, Lyuis Həmilton və Censon Batton isə yarış iştirakçıları kimi tədbirə toplaşacaqlar. Tədbirdə beşqat dünya çempionu Xuan Manuel Fanxionun qardaşı oğlu Xuan Manuel də iştirak edəcək.

Mövsümün ilk yarışına gətiriləcək əfsanəvi maşınların suyahısı da elan olunub – belə bir kolleksiya əvvəllər heç yerdə nümayiş olunmayıb:

1951 – Ferrari 375; 1951 – Ferrari Thin Wall Special; 1952 – Ferrari 500; 1954 – Mercedes W196; 1960 – Cooper T53; 1962 – BRM P57; 1963 – Lotus 25; 1964 – Ferrari 1512; 1968 – Lotus 49; 1969 – Matra MS80; 1972 – Lotus 72; 1973 – Tyrrell 006; 1976 – McLaren M23; 1978 – Lotus 79; 1979 – Ferrari 312; 1982 – Williams FW08; 1983 – Brabham BT52; 1988 – McLaren MP4/4; 1992 – Williams FW14; 1996 – Williams FW18.

Gənc Fanxio öz əmisinin maşınını idarə edəcək, Dəymon Hillin oğlu Coşua isə babası Qrəhəm Hillin Lotus 49-nu trasa çıxaracaq, Fanxio və Mossun sürdükləri Mercedes W196-nı şənbə günü Dəvid Kulthard, bazar günü isə Mika Hakkinen azarkeşlərə göstərəcəklər.

Martin Uitaker: “Bu nadir hadisədir və inanmıram ki, nə vaxtsa təkrar olunacaq. Biz əfsanəvi çempionları və əfsanəvi maşınları bir araya toplayacayıq. Ona görə də mən belə bir tədbirin təşkilində biz kömək edən hər kəsə minnətdarlıq edirəm, xüsusən də Berni Ekklstoun və şəxsi kolleksionerlərə. Biz ümid edirik ki, maşınların hamısı trasa çıxa biləcək, özü də dünya çempionlarının köməyi ilə.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*