Williams qış testlərinə çıxmayacaq?

Bəzi iddialara əsasən Williams komandası şənbə günü planlaşdırdığı çəkiliş gününə və böyük ehtimalla mövsümöncəsi birinci qış testlərinə qatılmayacaq.

F-1.az xatırladır ki, Britaniya komandası 2019-cu ildə yarışacağı rəng çalarını ayın 11-i tanıdıb və yeni bolidi mövsümöncəsi birinci qış testlərində təqdim etmələri gözlənilirdi. Amma komanda yeni bolidin montaj işlərində geridə qalıb və maşın hələ hazır deyil. Komandalar əksər hallarda bolidi son anda hazırlayırlar. Amma nadir hallarda reklam çəkilişi sessiyasını qaçırırlar. Barselonadakı birinci testləri qaçırmaq isə daha böyük problemlər yarada bilər. Komanda rəqiblərindən az məlumat toplamaq riskiylə qarşı-qarşıyadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*