22 Oktyabr 2019, Çərşənbə axşamı - 05:06

Renault ümid edir ki, KERS Avstraliyaya kimi hazır olacaq

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:30 - 31 Yanvar, 2009

Renault komandasının başçısı Flavio Briatorenin KERS sisteminə neqtiv münasibət bəsləməsinə baxmayaraq, mühəndislər sistemin işçi versiyasını mövsümün ilk yarışına kimi hazırlamağı […]

Renault komandasının başçısı Flavio Briatorenin KERS sisteminə neqtiv münasibət bəsləməsinə baxmayaraq, mühəndislər sistemin işçi versiyasını mövsümün ilk yarışına kimi hazırlamağı planlaşdırırlar. Autosport həftəliyinə müsahibəsində komandanın texniki direktoru Pət Simonds KERS-in hazırlanmasında inkişaf getdiyini nikbinliklə şərh edib…

Pət Simonds: “Etiraf etməliyəm ki, Milad bayramına kimi mənim özüm də narahat idim ki, sistemin heç baza variantını da hazırlaya bilməyəcəyik, lakin bayram günlərində biz ciddi uğur əldə etdik və hazırda əminəm ki, sistem Melburn yarışına kimi hazır olacaq. Heç bir zəmanət yoxdur, lakin əgər Miladdan əvvəl ehtimal az idisə, indi həddən çoxdur.”

Renault-nun bu sahədə inkişafı Red Bull Racing komandasına da kömək edəcək – komandalar eyni sistemdən istifadə edəcəklər…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 265
Teqlər
Paylaş

logo