R.Braun: “İdmanın Şumaxer kimisinə ehtiyacı var”

Formula1-in idman direktoru Ross Braun bildirib ki, Formula1-in Mixael Şumaxer kimi sürücüyə ehtiyacı var.

F-1.az xatırladır ki, Şumaxer 2000-ci illərin əvvəllərində hegemonluq etsə də, insanlar həmin dövrlər üçün darıxırlar. Bundan başqa azarkeşlər 80-ci illərdəki Senna-Prost rəqabətindən də ağız dolusu danışırlar. Amma eyni hal son illərdəki Red Bull və Mercedes hegemonluğu üçün keçərli deyil.

Artıq insanlar Formula1-dən soyumağa başlayırlar və Dünya üzrə azarkeş sayı çox azalıb.

Ross Braun: “Mixael bir qəhrəman idi. Bolidi digərlərindən fərqli sürürdü. Eynilə Mənsell, Senna və Prost kimi. Heyif ki, indiki bu dövrdə qəhrəmanlığa ehtiyac yoxdur. Marka və komanda sürücüləri var. Mixael və Senna xüsusi sürücülər idi. Bizim bu cür xüsusiyyətləri olan adamlara ehtiyacımız var.

Əgər Fettel Ferrari kimi marka ilə qalib gəlsə, onda bu əsl qəhrəmanlıq olacaq. O yaxşı adamdır və liderlik keyfiyyətləri ilə Ferrari-yə yenidən qələbə gətirə bilər. Mixael də elə etmişdi. Bundan başqa Maks Ferstappen də yaxşı misaldır. Müasir sürücülər arasında ən aqressiv görünən sürücü odur və qəhrəman olacaq potensiala sahibdir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*