R.Barrikello: Monsada üçüncü qələbə!

Rubens Barrikello karyerasında üçüncü dəfə Monsada podiumun ən yüksək zirvəsinə qalxıb: vaxtilə o Ferrari-də çıxış edərkən burda iki qələbə qazanmışdı […]

Rubens Barrikello karyerasında üçüncü dəfə Monsada podiumun ən yüksək zirvəsinə qalxıb: vaxtilə o Ferrari-də çıxış edərkən burda iki qələbə qazanmışdı və indi Brawn GP üçün vacib qələbə qazanıb. Mətbuat konfransında braziliyalı veteran sürücü emosiyalarını gizlətməyib…

Rubens Barrikello: “Mən finiş xəttini keçəndə sevincimi ifadə etməyə söz tapa bilmirdim… Dünən axşam biz çətin anlar yaşadıq, biz bilmirdik ki, ötürmələr qutusunu dəyişək, ya saxlayaq, müxtəlif variantları nəzərdən keçirdirdik və əlbəttə, tərəddüd içindəydik.

Mənim startım uğurlu oldu. Heykki Kovalaynen KERS sayəsində tezliklə sürət yığdı və mən müdafiə olunmalı oldum – bir sözlə asan olmadı. Amma mən birinci dövrəni yaxşı keçdim və bu uğurun əsasını qoydu. Bütün yarış boyu Valensiyada olduğu kimi maşın özünü əla apardı, əyləclər əla işləyirdi. Ümumiyyətlə, hər şey yaxşı oldu və mən həqiqətən hisslərimi ifadə etməyə çətinlik çəkirəm!

Dünən bütün komanda və mənim mühəndisim Cok Klia düzgün qərar qəbul etdilər. KERS-lə start alan rəqiblərimiz birinci döbgəyə kimi bizi onsuz da keçirlər, bəzi traslarda bu elə də qorxulu deyil, amma Monsada start düzlüyü çox uzundur və bunu nəzərə almaq lazım idi.

Amma, xoşbəxtlikdən, yarışın əvvəli çox uğurlu oldu və mən öz tempimdə gedə bildim, bu temp mənə imkan verirdi ki, yeganə pit-stopdan sonra liderliyi ələ ala bilim…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*