Nürburqrinqdə yarışın finişindən sonra Rubens Barrikello komandanın ünvanına kəskin ifadələr işlətmişdi. Bazar ertəsi ABŞ-a gələn sürücü mövqeyini dəyişib və bu barədə öz bloqunda bildirib…
Rubens Barrikello: “Bazar günü çox məyus olmuşdum, amma indi başa düşürəm ki, mən bu yarışda qələbə qazana bilməzdim – biz Red Bull-a bir dövrədə yarım saniyədən çox uduzurduq. Üçüncü yer mümkün idi, əgər pit-stop zamanı yanacaq dolduran maşında problem olmasaydı.
İstənilən halda, mən vəd edirəm ki, mübarizə aparacam. Mənim titul şanslarım var. Vazar günü bizim üçün çətin oldu, amma bu artıq arxada qalıb.”