21 Sentyabr 2019, Şənbə - 06:59

R.Barrikello: “Mən Censona çatmalıyam”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:37 - 25 May, 2009

Brawn GP komandası daha bir uik-endi əla başa vurub və mövsümdə üçüncü dublunu qazanıb. Finiş xəttini birinci Censon Batton keçsə […]

Brawn GP komandası daha bir uik-endi əla başa vurub və mövsümdə üçüncü dublunu qazanıb. Finiş xəttini birinci Censon Batton keçsə də Rubens Barrikello onun qələbə qazanmasında az rol oynamayıb. Əla start alaraq Kimi Rəykköneni qabaqlayan braziliyalı sürücü komanda yoldaşı ilə mübarizədə yumşaq təkərlərini tezliklə sıradan çıxardığı üçün ilk pit-stopuna vaxtından əvvəl getməli olub, amma yenə də finişdə ikinci yerini qoruya bilib…

Rubens Barrikello: “Komandanın növbəti dublu qazanması mənə çox xoşdur. Mən həqiqətən yumşaq təkərlərlə yaxşı start aldım və artıq birinci döngəyə Kimi Rəykkönenin qarşısında girdim, bundan sonra isə Censonla mübarizə aparmaq imkanı əldə etdim. Amma mən onu çox yaxından təqib etdiyim üçün maşının aerodinamik balansı dəyişdi və arxa təkərlər intensiv olaraq yeyilməyə başladılar, mənim sürətim aşağı düşdü və vaxt itirməyə başladım.

Bizim əla taktikamız var idi, amma birinci hissədə məndən sürətli olan Kimi vaxtından əvvəl pitə girdiyi üçün mən də ondan geri qalmamaq üçün bu addımı atmalı oldum, beləliklə də Battonu çox irəli buraxdım. Amma buna baxmayaraq yarış əla keçdi, mən həqiqətən Kimi ilə mübarizədən həzz aldım. Mənim planlarım dəyişməz qalır: mən daha çox xal qazanaraq Censona çatmağa çalışacam.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 295
Teqlər
Paylaş

logo