23 Avqust 2019, Cümə - 05:26

M.Şumaxerin işlərini Todt görəcək

M.Şumaxerin işlərini Todt görəcək

Müəllif: Rauf Hacıyev, redaktor

16:05 - 26 Yanvar, 2019

Bu günlərdə Ferrari-nin gənc sürücü proqramını seçən Mik Şumaxerin menecerliyini Nikolya Todtun şirkəti edəcək.

F-1.az xatırladır ki, keçən mövsüm Formula3-ün qalibi olmuş 19 yaşlı sürücü bu il Prema Racing ilə Formula2-də mübarizə aparacaq.

Mətbuata sızan məlumatlara əsasən, Mik Şumaxerin işlərini Nikolya Todt tərəfindən idarə edilən Road Management şirkəti görəcək. Bu şirkət eyni zamanda Şarl Leklerin və Daniil Kvyatın da menecerliyini edir.

Qeyd edək ki, yeddiqat Dünya Çempionu Mixael Şumaxerin oğlu Mik bu il Haas və ya Sauber-lə testlərə çıxa bilər.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 334
Teqlər ,
Paylaş

logo