D.Hill: F1 çətin yerdir

Sabiq Formula1 sürücüsü Deymon Hill düşünür ki, Formula1 mik Şumaerin düşünüdüyündən çətindir.

F-1.az xatırladır ki, almaniyalı sürücü 2022-ci ilin sonunda Haas-dan göndərilmiş və əvəzinə Niko Hülkenberq gətirilmişdi. Mik hazırda boşdadır və özünə iş axtarır.

Deymon Hill: “İdman hazırda azarkeşlərə çox müsbət yöndə təqdim edilir. Lakin bu idmanda sürücülərin performansına və sürətinə baxırlar. Məncə, Mik təzyiq altında idi və bu da onun sonunu gətirdi.

Kimdən tövsiyə aldı bilmirəm, amma Formula1 onun düşündüyündən daha çətin yerdir. İdmanda uzun illər keçirəndə bunu anlayırsınız. Məncə, Hülkenberq bunu bilir. Haas-ın da buna ehtiyacı var”.

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*