N.Mazepin Şumaxerin sirlərini öyrənmək istəyir

Haas komandasının sürücüsü Nikita Mazepin yarışlardan sonra əfsanəvi Mixael Şumaxerin sirlərini oğlu Mik Şumaxerdən öyrənmək istəyir.

F-1.az xatırladır ki, Nikita və Mik hazırda komanda yoldaşıdırlar. Mixael Şumaxer gənc Mazepinin uşaqlıqdan kumiri olub. O, əfsanəvi Mixaelin sirlərini Mikdən öyrənə bilər. Lakin rusiyalı sürücü bu barədə 20 ildən sonra danışmaq istəyir. Həm də o, inanmır ki, Mik atasının sirlərini ona desin.

Nikita Mazepin: “Mik bilmək istədiyim xırdalıqların çoxunu bilir. Yarışa necə hazırlaşdığını, nə yediyini, necə idman etdiyini və necə əyləndiyini, döngələri necə aldığını bilir.

Bundan 20 il sonra bir qədəh şərab içə-içə ondan hər şeyi soruşacam. Hazırda atasının sirlərini mənimlə paylaşmaq istəməz. Mən 5-6 yaşlarımda Şumaxeri izləmişdim və onun kimi olmaq istəmişdim”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*