S.Fettel: “Almaniyada həmişə ikinci adam olacam”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, idealı Mixael Şumaxerə görə Almaniyada həmişə ikinci adam olacaq.

F-1.az xatırladır ki, almaniyalı sürücü son illərdə tənqidlərə məruz qalsa da, 2010-2013-cü illərdə ardıcıl 4 titul qazana bilib. Yeddiqat Dünya Çempionu Mixael Şumaxer isə Formula1 tarixinin ən güclü pilotu sayılır.

Sebastyan Fettel: “Mən bilirdim ki, Almaniyada F1-ə görə həmişə Mixael Şumaxerin gerisində qalacam, ancaq bu, mənimçün problem deyil. Bu halın dəyişmə ehtimalı getdikcə azalır, çünki idmana çox güclü gənc sürücülər gəlir və Həmilton hegemonluq edir. Mixaelin performansı xüsusi idi. Mixael Almaniyada Formula1 və avtoidmanda dönüş nöqtəsi oldu”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*