17 Oktyabr 2019, Cümə axşamı - 09:44

Argentina da Formula1-ə qayıtmaq istəyir

Argentina da Formula1-ə qayıtmaq istəyir

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:15 - 23 Yanvar, 2016

Biz artıq xəbər vermişdik ki, Argentina da Formula1 çempionatına qayıtmaq istəyir. Keçən ilin sonunda Berni Ekklstoun bildirmişdi ki, danışıqlar aparır, noyabr ayında isə prezident seçkilərində Maurisio Makrinin qələbəsindən sonra yarışın qayıtması şansları daha da yüksəlmişdi.

Hökumət dəyişikliyindən sonra idmana münasibət də dəyişib – Bəhreyn və Əbu Dabidə olduğu kimi, siyasi yanaşma iqtisadi yanaşma ilə əvəz olunub, Cümə günü yeni turizm naziri Qustavo Santos bildirib ki, ölkə bir neçə böyük idman tədbirinə ev sahibliyi etməyi planlaşdırır. Yeni nazir qeyd edib ki, qonşu Uruqvayla birlikdə 2030-cu ildə futbol üzrə dünya çempionatının keçirilməsinə namizədliklərini irəli sürməklə yanaşı Formula1 yarışını da keçirmək istəyirlər.

Qustavo Santos: “Beləliklə, biz mövqeyimizi və ölkənin imicini möhkəmlətmək istəyirik. Belə böyük idman tədbirlərinin keçirilməsi çətin məsələdir, böyük sərmayə yatırımı tələb edir, amma biz yalnız bu iki idmanla kifayətlənməyəcəyik, başqa yarışlara da ev sahibliyi edəcəyik”.

F-1.az xatrladır ki, dahi Xuan Manuel Fanxionun vətənində sonuncu dəfə Formula1 yarışı 1998-ci ildə keçirilib və həmin yarışda Mixael Şumaxer qələbə qazanıb…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 662
Teqlər , , ,
Paylaş

logo