27 İyun 2019, Cümə axşamı - 00:14

Razılıq Müqaviləsinin imzalanması təxirə salınıb

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

10:02 - 25 İyul, 2009

Razılıq Müqaviləsinin imzalanması təxirə salınıb. Bu gün FİA gələn il dünya çempionatının iştirakçıları olan 13 komandanın nümayəndələrinin, FİA və FOM-un […]

Razılıq Müqaviləsinin imzalanması təxirə salınıb. Bu gün FİA gələn il dünya çempionatının iştirakçıları olan 13 komandanın nümayəndələrinin, FİA və FOM-un bəyəndiyi Razılıq Müqaviləsinin yeni mətnini Ümumdünya Şurasına təqdim edib, amma yeni mətn imzalanmağa yazlnı məsrəflərin azaldılması üzrə tədbirlərin tam müzakirəsindən sonra veriləcək.

FOTA-ya daxil olan komandalar Müqaviləni artıq bu həftə imzalamağı planlaşdırmışdılar, amma məsrəflərin azaldılması üzrə tədbirlərdə razılıq əldə olunmayıb. Qeyri-rəsmi məlumatlara görə, Williams və Manor Grand Prix komandalarının nümayəndələri bəzi maddələrin dəqiqləşdirilməsini tələb ediblər, onların razılığı olmadan sənədin imzalanması mümkün deyil. Müzakirələr uik-endin gedişində davam etdiriləcək. Cümə günü Berni Ekklstoun Williams-ın icraçı direktoru Adam Parr və Toyota-nın başçısı Con Hauettlə danışıqlar aparıb.

Məsrəflərin azaldılması məsələsi bazar gününə kimi həll oluna bilər, onda ən yaxşı halda Razılıq Müqaviləsi gələn həftə imzalanacaq…


Razılıq Müqaviləsinin imzalanması təxirə salınıb

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:46 - 21 İyul, 2009

Razılıq Müqaviləsinin imzalanması təxirə salınıb, çox güman ki, Müqavilə gələn həftə bəzi düzəlişlərdən sonra imzalanacaq. Bu gün FOTA-nın Cenevrədəki ofisində […]

Razılıq Müqaviləsinin imzalanması təxirə salınıb, çox güman ki, Müqavilə gələn həftə bəzi düzəlişlərdən sonra imzalanacaq. Bu gün FOTA-nın Cenevrədəki ofisində 2010-cu ilin çempionat iştirakçılarının maliyyə xidmətlərinin nümayəndələri toplaşıblar: assosiasiyanın səkkiz üzvü, Williams, Force İndia və üç yeni komanda – Manor, Campos və US F1. Görüşün məqsədi gələn mövsüm məsrəflərin azadılmasının müzakirəsi olub.

Komandalar həftənin sonuna Müqavilənin son mətnini federasiyaya təqdim edəcəklər, bundan sonra Ümumdünya Şurası bir neçə gün ərzində Müqavilə ilə tanış olmalıdır. Macarıstan uik-endinin əvvəlinə kimi hər şey həll olunmalıdır. Bundan sonra Maks Mosli qarşıdakı prezident seçkilərində iştirakdan imtina etdiyini təsdiqləməlidir.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 173
Teqlər
Paylaş

logo