15 Sentyabr 2019, Bazar - 12:24

Monako Qran Prisinin stüardları sürücüləri xəbərdar ediblər

Monako Qran Prisinin stüardları sürücüləri xəbərdar ediblər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

04:35 - 28 May, 2011

Monako Qran Prisinin stüardları GP2 seriyasının üç sürücüsünü dünənki sıralanma turundan sonra cərimə ediblər və uik -endin bütün iştirakçılarını xəbərdar […]

Monako Qran Prisinin stüardları GP2 seriyasının üç sürücüsünü dünənki sıralanma turundan sonra cərimə ediblər və uik -endin bütün iştirakçılarını xəbərdar ediblər ki, sıralanma turu zamanı dünənki hal bir daha təkrar olunmasın.

Təhlükəli vəziyyət sessiyanın sonunda yaşanıb, sürücülər son cəhdlərindən öncə sonuncu döngədə sürətlərini aşağı salıblar ki, öndəki maşını irəli buraxsınalr və arada fərq yaradaraq sürətli dövrəyə başlasınlar. Nəticədə arxada gələnlər, xüsusən də sürətli dövrədə olanlar dar küşələrdə toqquşmadan qurtula bilməyiblər, həm də sürücülərin növbəsi bir neçə döngəyə uzanıb.

Stüardlar rəsmi bəyanat dərc ediblər: “Hamı bilir ki, Monakoda sürücülər adətən Rascasse döngəsində sürəti azaldırlar ki, irəlidəki maşınla aralığı açsınlar, amma Rascasse-a qədər, hovuzun girəcəyinə qədər heç kim bunu gözləmir, nəticədə sürətli dövrədə olan sürücülər yavaş maşınlara dirənirlər.

Stüardlar hesab edirlər ki, bu hal dözülməzdir və potensial olaraq təhlükəlidir, buna görə GP2 seriyasının sıralanma turunda çoxlu insident baş verib. Nəticədə üç sürücü cərimə olunub.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 242
Teqlər
Paylaş

logo