S.Vandorn: “Ən yaxşı performansım idi”

Malayziya Qran Prisində karyerasının ən yaxşı sıralanma turu nəticəsini qazanan Stoffel Vandorn yarışda da gözəl performans göstərərək, 7-ci olub.

F-1.az xatırladır ki, belçikalı sürücü bir ara 5-ci yerə yüksəlsə də, Peres və Fetteli arxasında saxlaya bilməyib və nəticədə 7-ci yerlə barışmalı olub.

Stoffel Vandorn: “Karyeramda bundan yaxşı performans xatırlamıram. Bu cür trasda 7-ci olmaq inanılmaz idi. Çətin yarış olacağını bilirdik. Amma mükəmməl iş gördük. Komandada hər kəsə təşəkkür edirəm. Gözəl start aldım, amma daha Force İndia və Williams sürücülərini arxamda tutmağın çətin olduğunu bilirdim. Pereslə sərt mübarizəyə girişdik və sonda məni qabaqladı. Amma bolid çox yaxşı idi. Lənslə aradakı fərqə yaxşı nəzarət etdim və komandama yaxşı xallar qazandıra bildim. Hər yarış bir az da inkişaf etsək, mövsümü yaxşı yerdə bitirərik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*