20 Avqust 2019, Çərşənbə axşamı - 09:15

S.Vandorn həyəcanlıdır

S.Vandorn həyəcanlıdır

Müəllif: Rauf Hacıyev, redaktor

12:07 - 04 Fevral, 2017

Vandorn yeni bolidləri sürmək üçün səbirsizləndiyini deyib.

F-1.az xatırladır ki, bu ildən etibarən bolidlərdə asfaltayatma qüvvəsi artacaq və bolidlərin döngələrə daha sürətli girməsi gözlənilir.

Xatırladaq ki, Vandorn 2015-ci ildə GP2-də çempion olmuş, 2016-cı ildə isə Super Formula-da 4-cü olmuşdu. Belçikalının Formula1 karyerası isə 2016-cı ilin Bəhreyn yarışında zədələnmiş Alonsonu əvəz edərək başlamış və 24 yaşlı sürücü bu yarışdan 1 xalla ayrılmışdı.

Stoffel Vandorn: “Ümid edirəm ki, Barselonadakı üçüncü döngəni düzlük kimi keçərik. Bu döngəni aşağı seriyalarda düzlük kimi keçmişik və Formula1-də at gücü çox olsa da, belə olmasını istəyirsiniz. Əgər döngə düzlük kimidirsə, çox düşünmərsiniz. Qazı döşəməyə kimi sıxıb, sükanı düz tutmaqdan başqa heç nə etməzsiniz. Diqqətinizi trasın digər hissələrinə verərsiniz. Daha yavaş hissələrə. Performansınızı göstərmək üçün trasın ən vacib yerləri bu hissələrdir.

Yüksək sürətli döngələr böyük ehtimalla düzlüyə dönəcək. Orta sürətli döngələr isə sürətli döngə olacaq. Amma aşağı sürətli döngələrdə heç nə dəyişməyəcək. Döngə sürətləri ilə bağlı böyük addım olacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 784
Teqlər ,
Paylaş

logo