R.Qrojan: “Haas-a Ferrari üçün keçmədim”

Roman Qrojan hazırkı komandası Haas-a əfsanəvi Ferrari-yə keçmək üçün gəlməyib.

F-1.az xatırladır ki, Haas komandası ilə “qırmızılar” yaxındırlar. Buna görə də Qrojan 2016-cı ildə amerikanların heyətinə qoşulanda əksəriyyət fransalı sürücünün Ferrari-yə keçmək üçün bu addımı atdığını demişdi.

Roman Qrojan: “Çempion olmaq istəyirəm. 2021-ci ildə vəziyyətin necə olacağını bilmirik və ümid edirəm ki, həmin vaxt yarışlar qazanmaq üçün çox şansımız olar. Görək gələcəkdə nə olur. Bu komandada olduğum üçün xoşbəxtəm. Haas hazırda orta qrupun lideridir və buna görə də hamı burada yarışmaq istəyir. Əla iş görürük. Ferrari-də yarışmaq xəyalım olsa da, bura Ferrari-yə keçmək üçün gəlməmişəm. Gələcəkdə nə olacaq bilmirik. İndi isə buradakı yerimi qorumaq istəyirəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*