15 Sentyabr 2019, Bazar - 18:19

Q.van der Qarde Caterham-in ehtiyat sürücüsüdür

Q.van der Qarde Caterham-in ehtiyat sürücüsüdür

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:52 - 04 Fevral, 2012

26 yaşlı hollandiyalı sürücü Qyedo van der Qarde Caterham komandası ilə 2012-ci il mövsümündə ehtiyat sürücü müqaviləsi imzalayıb. 2008-ci ildə […]

26 yaşlı hollandiyalı sürücü Qyedo van der Qarde Caterham komandası ilə 2012-ci il mövsümündə ehtiyat sürücü müqaviləsi imzalayıb.

2008-ci ildə Renault Dünya Seriyasında titul qazanan Qyedo növbəti üç ili GP2 seriyasında keçirib və cəmi üç qələbə ilə yadda qalıb. Hollandiyalı sürücü bir neçə dəfə Formula1 testlərinə cəlb olunub – 2007-ci ildə Super Aguri və Spyker-də, 2008-ci ildə Force İndia-da və 2009-cu ildə Renault-da gücünü sınasa da, müqavilə bağlaya bilməmişdi.

Dünənə qədər van der Qarde Hispania komandasına əsas namizədlərdən biri idi, amma komanda Narain Kartikeyanla müqavilə imzaladıqdan sonra Qyedonun seçimi qalmayıb – qayınatası milyarder Marsel Bukhorna məxsus McGregor şirkətinin sponsor dəstəyilə Caterham-lə razılaşma əldə olunub.

Yeni komandada Qyedo mövsümöncəsi testlərin bir günündə və mövsümün gedişində cümə srəbəst yürüşlərinin bəzisində trasa çıxacaq…

Qyedo van der Qarde: “Caterham yeni komandadır, komandada fantastik insanlar çalışır. Toni Fernandes çox səmimi adamdır, komandanın gələcəkdə uğur qazanması üçün əlindən gələni edir. Mən komanda ilə birlikdə öyrənəcəm və inkişaf etməyə ümidliyəm.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 248
Teqlər
Paylaş

logo