P.Hembri: “Kovalaynen test sürücülüyə əla namizəddir”

Pirelli Motorsport-un başçısı Pol Hembri Heykki Kovalaynenin peşəkarlığını yüksək qiymətləndirib və gələcəkdə təcrübəli sürücünün şirkətin test proqramına qoşulmasını istisna etməyib… […]

Pirelli Motorsport-un başçısı Pol Hembri Heykki Kovalaynenin peşəkarlığını yüksək qiymətləndirib və gələcəkdə təcrübəli sürücünün şirkətin test proqramına qoşulmasını istisna etməyib…

Pol Hembri Finlandiyada dərc olunan Turun Sanomat qəzetinə bildirib: “Hələ 2014-cü ildə Formula1-də qalmağımızala bağlı əsas qərar qəbul olunmayıb. Bu məsələ hələ açıqdır. Hər şey həll olunduqdan sonra test sürücülərlə məsələyə baxacayıq. Biz üstünlüyü Lukas di Qrassi və Xayme Algersuariyə veririk – amma onlar başqa komandalarla müqavilə bağlaya bilərlər. Onda Heykki əla namizəd ola bilər – o yüksək səviyyəli təcrübəli sürücüdür. Mən həqiqətən hesab edirəm ki, şirkətin test sürücülüyünə namizədlər arasında o ən güclüdür.”

Finlandiyanın MTV3 telekanalının jurnalisti Timo Pulkkinen hesab edir ki, “təəssüf ki, Heykkinin Formula1 karuerası başa çatdı. Paddoka qayıtmağın yalnız bir imkanı var: əgər hər hansısa bir hadisə üzündən hansısa bir komandaya təcrübəli sürücü lazım olarsa. Amma mən inanmıram ki, belə bir hal ola bilər, şans çox azdır. Amma Heykki Formula1-də bu il iş tapmayan sürücülərdən ən güclüsü idi…”

, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*