P.Zauber üçün daha bir qara gün

Melburnda komandası diskvalifikasiya olunduqdan sonra Peter Zauber demişdi ki, “bundan pisini təsəvvür edə bilməzdim”, amma arxada qalan həftədə komanda başçısı […]

Melburnda komandası diskvalifikasiya olunduqdan sonra Peter Zauber demişdi ki, “bundan pisini təsəvvür edə bilməzdim”, amma arxada qalan həftədə komanda başçısı şəxsi faciə ilə üzləşib – bazar ertəsi Peterin əmisi və xaç atası Hans Zauber yük maşının təkərləri altında qalaraq dünyasını dəyişib.

Təcili yardım maşını 91 yaşlı isveçrəlini hospitala çatdırıb, amma bir gün sonra Hans özünə gəlmədən vəfat edib. Yerli Blick qəzeti yazır ki, Hans Sürix yaxınlığındakı Zauberlə ailəsinin qəbiristanlığnda dəfn olunub.

Ailənin yaxınlarından biri qəzetə bildirib ki, “Xaç atasının ölümü Peterə ciddi təsir edib, yaşlı olmasına baxmayaraq, Hans həmişə həyatdan razı, şən və enerjili olub.”

Yerli polis idarəsi hadisənin təfərrüatlarını araşdırır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*