07 Dekabr 2019, Şənbə - 10:26

P.Pitş 100 illik yubileyni qeyd edir

P.Pitş 100 illik yubileyni qeyd edir

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

10:24 - 23 İyun, 2011

Hazırda sağ olan Formula1 sürücülərindən ən yaşlısı olan Paul Pitş bu gün 100 illik yubileyni qeyd edir. Pitş 1911-ci ildə […]

Hazırda sağ olan Formula1 sürücülərindən ən yaşlısı olan Paul Pitş bu gün 100 illik yubileyni qeyd edir. Pitş 1911-ci ildə Almaniyanın Frayburq şəhərində pivə istehsalçısının ailəsində dünyaya gəlib. Gənc illərindən avtoidmana maraq göstərib, yarışlara tamaşaçı kimi yollanıb, sonra isə özü də Bugatti 35B-nin sükanı araxsına oturub.

Pitş bu maşını əfsanəvi Ettore Buqattidən 20 yaşı olanda almışdı, özü bu epizodu belə xatırlayır…

Paul Pitş: “Ettore öz şirkətinin istehsal etdiyi maşını almaq istəyən 20 yaşlı gəncə şəxsən baxmaq istəyirdi. Amma mənə məhz bu maşını almaq çox vacib idi, bu mənim arzum idi və bu, Bugatti 35B idi. Bu maşını almaq üçün danışıqların kiminlə olması mənim üçün ikincidərəcəli məsələ idi…”

Şəxsi Bugatti-sinin sükanı araxsında debüt edən Paul bir neçə ildən sonra Auto-Union komandasının zavod sürücüsünə çevrilir və 1935-ci ildə İtaliya Qran Prisində 3-cü yeri tutur. Növbəti mövsümü Maserati komandasında keçirən sürücü Almaniya Qran Prisində daha bir podium qazanır.

İkinci Dünya Müharibəsindən sonra Pitş Formula1-də üç mövsüm keçirib – heç bir xal qazana bilməyən sürücü karyerasını başa vurub. Amma artıq elə bu vaxtlar Pitş uşurly kitab naşirinə çevrilir: onun təsis etdiyi Motor Presse StuttgartPaul Pietsch Verlage şirkətləri indi də bütün dünyada tanınır. Xatırladaq ki, Auto Motor und Sport jurnalının da təsisçisi Pitş olub…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 416
Teqlər
Paylaş

logo