24 May 2019, Cümə - 04:03

Portuqaliya Qran Prisi qayıdır?

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:45 - 04 Fevral, 2009

Berni Ekklstoun Portuqaliya Qran Prisinin çempionatın təqviminə qayıtmasına maraq göstərir, hətta onun fikrincə, yarışlar Portimaoda tikilmiş yeni və müasir Alqarve […]

Berni Ekklstoun Portuqaliya Qran Prisinin çempionatın təqviminə qayıtmasına maraq göstərir, hətta onun fikrincə, yarışlar Portimaoda tikilmiş yeni və müasir Alqarve avtodromunda keçirilə bilər.

1984-1996-cı illər ərzində Formula1 13 dəfə Eştorildə milli mərhələnin qonağı olub və bu mərhələ çox populyar olub, lakin trasın modernizasiyaya ehtiyacı olduğundan Berni o zaman yarışı qonşu İspaniyaya keçirmişdi – 1997-ci ildə Xeresdə de la Fronter trasında Avropa Qran Prisi baş tutub. Amma son on ildə Berni aktiv şəkildə Formula1-i Avropadan kənara eksport etməklə məşğuldur, təqvimdə Malayziya, Bəhreyn, Çin, Sinqapur və Abu Dabi yarışları peyda olub, növbədə isə Hindistan və Cənubi Koreya durub, Türkiyə yarışı isə Avropa ilə Asiya arsında keçid rolunu oynayır.

Amma komandalar təkid edirlər ki, təqvimin ən azı yarısı “evə yaxın” yarışlar olmalıdır. Hazırda isə vəziyyət belədir ki, Fransa yarışı ləğv olunub, Almaniya və Britaniya yarışları sual altındadır, ona görə də Formula1-in kommersiya başçısı nəzərlərini köhnə yarış ölkələrinə dikib.

Portimaodakı yeni avtodromda komandalar artıq iki dəfə rəsmi testlər keçiriblər, tras komandaların və sürücülərin çox xoşuna gəlib. Tras beynəlxalq aeroprotdan cəmi 50 km uzaqlıqdadır, infrastrukturu qaydasındadır, ərazidə minlərlə otel və pansionatlar var. Hava şəraiti aprel ayından oktyabr ayına kimi yarış keçirməyə imkan verir, amma bu yaxınlarda yağan uzunmüddətli yağışlar komandaların testinə ciddi zərbə vurmuşdu.

Ekklstoun öz nümayəndələrini artıq Portimaoya göndərib, onlar avtodromu və ətraf əraziləri diqqətlə nəzərdən keçiriblər. Deyilənlərə görə, hazırda Portuqaliya Qran Prisinin 2010-cu ilin təqviminə qatılması imkanları öyrənilir və belə bir yarış Monsadan sonra rahat keçirilə bilər.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 203
Teqlər
Paylaş

logo