Pirelli mövsümün ilk dörd yarışına təkər seçimini edib

Pirelli şirkəti yeni mövsümün ilk dörd Qran Prisində istifadə olunacaq təkər tərkiblərini müəyyən edib. Bəhreyndə, Avstraliyada, Malayziyada və Çində komandalar […]

Pirelli şirkəti yeni mövsümün ilk dörd Qran Prisində istifadə olunacaq təkər tərkiblərini müəyyən edib.

Bəhreyndə, Avstraliyada, Malayziyada və Çində komandalar Hard və Soft tərkiblərini alacaqlar. Bu tərkiblər komandalara testlərdən yaxşı tanışdır, ona görə də Pirelli konservativ və təhlükəsiz variantı seçib. Güman edilən strategiya isə minimum iki pit-stopdur.

Pol Hembri, Pirelli-nin yarış şöbəsinin başçısı: “Tərkiblərin seçimi Orta və Uzaq Şərqin traslarının xarakteristikasına əsalanır, bu traslar yaxşı ilişmə, sürət və döngələrin müxtəlifliyi ilə fərqlənirlər, havanın və trasın temperaturu isə çox yüksək olacaq.

Şəxsi və rəsmi testlərin gedişində toplanmış vacib məlumata əsasən, Hard və Soft tərkibləri sürücülər və tamaşaçılar üçün optimal seçimdir. Biz Qran Pridə uğurlu debütümüzü və mövsümün əvvəində dörd baxımlı yarışı səbirsizliklə gözləyirik.

Biz komandalarla əməkdaşlıqdan həzz aldıq. Mən əminəm ki, ilk dörd yarışa tərkiblər elan edildikdən sonra onlar mövsümə hazırlığa daha çox diqqət ayıra bilərlər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*