24 May 2019, Cümə - 03:10

Petrobras Honda-nı dəstəkləməyi istisna edir

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

19:55 - 18 Fevral, 2009

Honda Racing komandasının xilas olma variantı kimi jurnalistlər Bruno Sennanın Formula1-də debütünü dəstəkləməy hazır olan Braziliya şirkətlərini, xüsusən də Petrobras […]

Honda Racing komandasının xilas olma variantı kimi jurnalistlər Bruno Sennanın Formula1-də debütünü dəstəkləməy hazır olan Braziliya şirkətlərini, xüsusən də Petrobras Neft Şirkətinin adını çəkirdilər. Bu gün Petrobras-ın nümayəndələri hadisələrin belə inkişafını istisna edən rəsmi bəyanat yayıblar…

Klaudio Tompson, Petrobras-ın sponsorluq üzrə şöbə başçısı: “Şirkətin Formula1-də olması bizim üçün texniki inkişafa vasitə idi, belə bir inkişaf avtoistehsalçılarla sıx əlaqələr olmadan mümkün deyil. Honda Formula1-i tərk etməsi barədə elan edərkən, biz də çempionatı tərk etməyi qərara aldıq, çünki çempionat komandalarının hər birinin gələn mövsüm üçün yanacaq təchizatçısı artıq var idi. Bizi Formula1-in potensialından məhsullarımızın inkişafı üçün istifadə etmədən kommersiya sponsorluğu maraqlandırmır.

Petrobras şirkətinin Bruno Sennanın keçmiş Honda Racing komandası ilə müqaviləsini maliyyələşdirməsi barədə gəzən şayiələri təkzib edir. Şirkətin Honda və ya çempionatın digər hər hansı bir komandası ilə müqaviləsi yoxdur. Biz bir daha təkrar edirik ki, reklam proqramlarımıza əsasən sürücülərin fərdi çıxışlarına sponsorluq etmirik.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 189
Teqlər
Paylaş

logo