Komandanın rəhbəri Alan Permeyn Zandfortda keçiriləcək mərhələdən gözləntilərini bölüşüb.
Alan Permeyn: “Ənənəvi yay fasiləsindən sonra Formula1 yenidən Zandforta qayıdır. Keçən il bu mərhələ Racing Bulls komandası üçün mövsümün ən parlaq yarışlarından biri olmuşdu. Biz köhnə məktəb üslublu, hərəkət istiqamətinin sürətli dəyişmələri və fərqli döngələr – yavaştan çox sürətliyədək – olan trasa qayıtmağı səbirsizliklə gözləyirik.
Bu həftəsonu sprint formatında keçirilir, buna görə də artıq ilk məşqdən maksimum səmərəliliklə işləmək lazım gələcək.
Maşınımız fərqli tipli traslarda özünü yaxşı tərəfdən göstərib, buna görə də bu həftəsonuna öz gücümüzə inamla yanaşırıq və ilk onluqda finişlər seriyasını davam etdirmək istəyirik”.





