P.di Resta Force İndia-nın sürücüsüdür

Force İndia komandası təsdiq edib ki, 2011-ci ildə komandanın əsas sürücüsü Adrian Sutilə Pol di Resta yoldaşlıq edəcək. xatırladaq ki, […]

Force İndia komandası təsdiq edib ki, 2011-ci ildə komandanın əsas sürücüsü Adrian Sutilə Pol di Resta yoldaşlıq edəcək.

xatırladaq ki, keçən il Resta komandanın ehtiyat sürücüsü olmaqla bəzi Qran Prilərdə cümə sərbəst yürüşlərində iştirak etmişdi, eyni zamanda Almaniyanın nüfuzlu DTM kuzav çempionatında çıxış edən şotlandiyalı sürücü mövsümün sonunda titul qazanmışdı. İndi isə qəyyumu Mercedes-Benz şirkəti olan sürücü Qran Pridə debütünü gözləyir – onun dünya çempionatında ilk yarışı Bəhreyndə martın 13-də baş tutacaq.

Pol di Resta: “Mən Force İndia ilə əməkdaşlığa keçən il başlamışam, işimiz məhsuldar oldu və ümid edirəm ki, bu il biz yaxşı nəticələr göstərə biləcəyik.”

Komanda ehtiyat sürücünün də adını açıqlayıb – keçən il Williams komandasında çıxış edən almaniyalı sürücü Niko Hülkenberq gələn il komandanın əsas sürücüsü olmağa ümid edir. Bu isə o deməkdir ki, Vitantonio Liutsi əlində komanda ilə müqaviləsi olmasına baxmayaraq, komandanı tərk edir. Britaniyanın BBC telekanalının bildirdiyinə görə, tərəflər müqaviləni vaxtından əvvəl pozmağa razılaşıblar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*