24 Avqust 2019, Şənbə - 21:57

P.de la Rosa Peresi əvəz edəcək

P.de la Rosa Peresi əvəz edəcək

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

13:20 - 11 İyun, 2011

McLaren komandasının ehtiyat sürücüsü Pedro de la Rosa Sauber-in sükanı arxasında Serxio Peresi uik-endin qalan sessiyalarında əvəz edəcək. Səhər məşqlərindən […]

McLaren komandasının ehtiyat sürücüsü Pedro de la Rosa Sauber-in sükanı arxasında Serxio Peresi uik-endin qalan sessiyalarında əvəz edəcək.

Səhər məşqlərindən sonra gənc meksikalı sürücü özünü pis hiss edib, Sauber-in nümayəndələri McLaren komandasının başçısı Martin Uitmarşa müraciət ediblər, o isə sürücüsünün kolleqalarına kömək etməsinə razılıq verib.

Monakoda Peres ciddi qəzaya uğramışdı və iki gün hospitalda qalmışdı, amma dünən FİA-nın tibbi komissiyası onu Kanada Qran Prisinə buraxmışdı.

Keçən il de la Rosa Sauber komandasının sürücüsü olub, amma yeni maşınla hələ bu gün tanış olacaq…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 234
Teqlər
Paylaş

logo