17 Oktyabr 2019, Cümə axşamı - 09:44

Paddokda yenə də K.Rəykkönenin qayıtmasından danışırlar

Paddokda yenə də K.Rəykkönenin qayıtmasından danışırlar

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:38 - 23 Mart, 2010

Ərəb Əmirliklərində dərc olunan Gulf News qəzeti 2007-ci ilin dünya çempionu Kimi Rəykkönen barədə yeni şayiələr dalğasını qaldırıb. Qəzetin yazdığına […]

Ərəb Əmirliklərində dərc olunan Gulf News qəzeti 2007-ci ilin dünya çempionu Kimi Rəykkönen barədə yeni şayiələr dalğasını qaldırıb. Qəzetin yazdığına görə, Bəhreyn Qran Prisinin paddokunda Kiminin 2011-ci ildə Red Bull komandasının heyətində Formula1-ə qayıtması barədə danışıblar. Guya 33 yaşlı Mark Uebber Formula1-də karyerasını başa vurmağa hazırlaşır, Sebastyan Fettelin komanda yoldaşı isə Kimi olacaq.

Bu mövsümdə Rəykkönen ralli üzrə dünya çempionatında Citroen komandasında çıxış edir, çıxışa maliyyə dəstəyini isə Red Bull şirkəti edir. Finlandiyalı sürücünün özü əmin edir ki, ralli onun çoxdankı arzusudur və WRC traslarında pis sürət göstərmir, amma hələlik heç bir xal toplaya bilməyib.

Red Bull komandasının başçısı Kristian Horner Kimi barədə şayiələri şərh edərkən bildirib: “Məncə, bu yaxşı fikridir, amma gələn mövsümə hələ çox var, hələlik biz heç kimlə danışıqlar aparmırıq.”

Red Bull şirkətinin sahibi Ditrix Mateşiç isə qətiyyətlə bildirib ki, bu şayiələr həqiqətə uyğun deyil.

Gulf News isə adını bildirməyən keçmiş Formula1 sürücülərindən birinin sözlərini dərc edib, o, bir tərəfədən, hesab edir ki, Kimi idmandan çox tez gedib: “Heyif, axı Kimi istisna dərəcədə istedadlı və sürətli sürücüdür və müstəqil xarakteri ilə fərqlənir. Kimsə hesab edir ki, o qəmgin və azdanışandır, amma bu belə deyil. Yarışlardan kənar o söhbət etməyi və şənlənməyi sevir.”

Biz artıq yazmışdıq ki, Rəykkönenin Citroen-lə müqaviləsi birillikdir və finlandiyalı sürücünün sözlərinə görə, onun ralli planları ciddidir: “Əgər mən WRC-də titul qazana bilsəm, bu mənim üçün üç il əvvəl Formula1-də qazandığım qələbədən böyük əhəmiyyət kəsb edəcək.

Mən buna çalışacam, hər bir yarış mənim üçün yeni təcrübədir. Amma Formula1-in qapıları mənim üçün açıqdır, mən ilin ortasında qərar qəbul edəcəm.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 257
Teqlər
Paylaş

logo