25 Avqust 2019, Bazar - 11:38

P.Hembri: “Pit-stopların sayı azalacaq”

P.Hembri: “Pit-stopların sayı azalacaq”

Müəllif: Rauf Hacıyev, redaktor

06:36 - 15 Yanvar, 2017

Pirelli Motorsport-un rəhbəru Pol Hembri bildirib ki, yeni mövsümdə yarışların çoxunda tək pit-stoplu strategiya görə bilərik.

F-1.az xatırladır ki, bu ildən etibarən Formula1-də texniki reqlamentdə ciddi dəyişikliklər olacaq və təkərlərin eni 25 faiz artırılacaq.

Təkərlərin əvvəlki illərə nisbətən daha uzunömürlü olması gözlənilir və sürücülər artıq təkərə qənaət etmədən sürə biləcəklər.

Pol Hembri: “Təkərlərin əvvəlki kimi yeyilməsini gözləmirik. Bundan başqa tərkiblər arasındakı fərqlər də azalmalıdır. Komandalar tək pit-stoplu strategiyadan istifadə edə bilərlər. Az sayda və ağıllı formada edilən pit-stoplar olsa, maraqlı yarışlar izləyə bilərik.

Böyük ehtimalla insanlar Pirelli təkərlərini tənqid edəcəklər. Yarışlarda ötmələrin və pitlərin azalması insanlara darıxdırıcı gələcək. Amma biz inanırıq ki, vəziyyət belə olmayacaq. Mövsüm ərzində işlər dəyişəcək. Gözəl mövsüm olmasını arzulayırıq. Ümid edirəm ki, buna bir köməyimiz dəyər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 400
Teqlər ,
Paylaş

logo