O.Piastri: Landodan çox şey öyrəndim

McLaren komandasından Oskar Piatri bildirib ki, Norrisdən çox şey öyrənib.

F-1.az xatırladır ki, avstraliyalı sürücü 2021-ci ildə Formula2-də qalib olduqdan sonra bu il Formula1-də debüt edib. O, ilk üç yarışda daha təcrübəli Norrisə yaxın performans göstərə bilib.

Oskar Piastri: “Qətiliklə deyə bilərəm ki, Landodan çox şey öyrənirəm. Sadəcə maşının necə sürüldüyünü yox, toplantılarda xırdalıqlardan danışanda da ondan faydalanıram. Həmişə yaxşılaşdıra biləcəyimiz sahələr olur. Buna görə də meyar kimi yanımda olması yaxşı haldır. Lando özünü yüksək səviyyəli pilot kimi isbatlayıb. Buna görə də onunla birlikdə işləyəndə bunu görə bilirəm.

Lando ilə əksər hallarda bənzər fikirlərə sahib oluruq. Boliddən gözləntilərimiz də yaxın olur. Bu da komanda üçün yaxşı haldır. Bu hal onlara çox yaxşı yön verir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*