N.Rosberq: “Mən heç buna da ümid etmirdim”

Spada Williams maşınlarına sürət çatmırdı, sürücülər isə trasla zəif ilişmədən və maşının pis idarə olunmasından gileylənirdilər. Son nəticədə Niko Rosberq […]

Spada Williams maşınlarına sürət çatmırdı, sürücülər isə trasla zəif ilişmədən və maşının pis idarə olunmasından gileylənirdilər. Son nəticədə Niko Rosberq cəmi bir xal qazanıb və ardıcıl uğurlu yarışların sayını artırıb…

Niko Rosberq: “Bu gün biz əlimizdən gələni etdik, ona görə də demək olmaz ki, mən nəticədən razı deyiləm. Cümə günü maşın heç getmirdi, amma biz inkişafa nail olduq, sıralanma turunu da pis keçirmədik. Start da uğurlu alındı və skkizinci yerə görə bir xal qazandıq – uik-endin əvvəlində mən heç buna da ümid etmirdim.

Yarışın gedişində maşının idarə olunması və təkərlərlə bağlı problemlər yaranırdı, hərçənd, gün çıxdıqdan sonra təkərlər pis işləmədi – xüsusən də son hissədə yumşaq tərkib.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*