18 İyun 2019, Çərşənbə axşamı - 21:19

N.Rosberq KERS-li maşınlardan ehtiyat edir

N.Rosberq KERS-li maşınlardan ehtiyat edir

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

06:45 - 23 Avqust, 2009

Niko Rosberq ehtiyat edir ki, KERS qoyulmuş Ferrari və McLaren maşınları Avropa Qran Prisinə nəzərdə tutduğu planların reallaşdırılmasına mane ola […]

Niko Rosberq ehtiyat edir ki, KERS qoyulmuş Ferrari və McLaren maşınları Avropa Qran Prisinə nəzərdə tutduğu planların reallaşdırılmasına mane ola bilərlər. Niko əmindir ki, ilk altılıqda mübarizə aparmağa gücü çatar, amma hesab edir ki, KERS-li maşınlar startda onu qabaqlaya bilərlər…

Niko Rosberq: “İlk beşlikdə yarışı başa vursam şad olaram, amma daha real plan ilk altılıqdır, çünki bu trasda KERS real üstünlük verəcək. Əgər KERS-li maşınlar sıralanma turundan sonra mənim arxamda olsalar, çox güman ki, birinci dövrənin sonunda onlar məni ötəcəklər. Bundan sonra isə hətta sürətdə mənə uduzsalar belə, finişdə məni qabaqlayacaqlar.

KERS-li maşınların start yeri önəmlidir, çünki start zamanı onlar hücum edə bilərlər, onların arxasında ilişib qalsam, hər şey əldən gedəcək. Bəlkə də Alonso Macarsıtanda etdiyi kimi etmək lazımdır, 3 pit-stoplu strategiya seçmək, sıralanma turunda hamını qabaqlamaq lazımdır.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 190
Teqlər
Paylaş

logo