D.Kvyat: “Yeni mövsümü gözləyirəm”

Daniil Kvyat bildirib ki, mövsüm bitəcəyi üçün çox sevinclidir və əlavə edib ki, 2017-ci ilin bolidləri sürücüləri fiziki cəhətdən daha çox yoracaq.

F-1.az xatırladır ki, rusiyalı sürücü mövsümün ortasında Red Bull-dan qovulmuş və Toro Rosso komandasına keçmişdi.

Daniil Kvyat: “Bəli, bu mövsüm doğrudan da çox şey yaşadım. Xüsusən də mövsümün əvvəlində çətinliklərlə üzləşdim, amma son yarışlarda vəziyyəti öz xeyrimə dəyişə bildim.

Yeni mövsümü səbirsizliklə gözləyirəm. Bu il heç nə qaydasında olmadığı üçün xoş xatirəm yoxdur”.

Daniil Kvyat bildirib ki, 2017-ci ildə əsas dəyişiklik təkərlərdə olacaq: “Boliddə çox şey dəyişəcək. Xüsusən də təkərlərin ölçüsü fərqlidir. Gələn mövsümə hazırlaşmaq üçün şəxsi məşqçim ilə görüşdüm. Avstraliya yarışına qədər ən yaxşı formada hazırlaşacam. Çətin mübarizələri həmişə sevmişəm. Gələn il də bunun olmasını istəyirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*