N.Rosberq: “Bəzi xırdalıqları mən özüm üçün saxlayacam”

Aalmaniyanın Focus jurnalına müsahibəsində Niko Rosberq Mixael Şumaherlə əməkdaşlıqdan, məlumat mübadiləsindən və avtodimanda hər bir kəsin sirlərinin olmasından danışıb… Niko […]

Aalmaniyanın Focus jurnalına müsahibəsində Niko Rosberq Mixael Şumaherlə əməkdaşlıqdan, məlumat mübadiləsindən və avtodimanda hər bir kəsin sirlərinin olmasından danışıb…

Niko Rosberq: “Bütün komanda üçün vacib olan və inkişafa səbəb olacaq məlumatlar hər ikimizdə açıq olacaq. Amma bəzi xırdalıqları mən özüm üçün saxlayacam. Həmişə elə bir şey var ki, onu biz özümüz üçün, öz vərdişlərimiz üçün, öz sürmə stilindəki fərdi fərqlərimiz üçün hazırlayırıq.

Biz bir-birimizə kömək edirik, məlumatlarımızı bölüşürük. Mixaelin təcrübə və ustalığına şübhə yoxdur, amma o 3 ildir ki, Formula1 maşınının sükanı arxasında oturmayıb, bu təkərlərlə işə alışmayıb. Bəzən problemin məhz nədə olmasını axtarırıq – uğursuz sazlanmada, yoxa konkret təkər tərkibinin davranışında, bax, burda mənim təcrübəm kömək edir.

Mən məhsuldar əməkdaşlığa ümid edirəm. Mixaelin motivasiyası və ehtirası məni də ruhlandırır, o maşınla işləməyi xoşlayır. Əminəm ki, biz rəqabətədavamlı olacayıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*