Norris Kolapintodan üzr istəyib

Bakıda keçirilən yarış başa çatdıqdan sonra Franko Kolapinto trasdan komanda yoldaşı Pyer Qasli və McLaren sürücüsü Lando Norrisi çıxardıqdan sonra, hazırkı dünya çempionu emosiyalarının təsiri ilə bildirib ki, belə sürücülərə "Formula 1-də yer yoxdur" və Frankonu bir neçə yarışlıq diskvalifikasiya etmək lazımdır.

Buna cavab olaraq, argentinalı azarkeşlər Kolapinto sosial şəbəkələrdə böyük səs-küy qaldırıblar. Bu səs-küy o qədər güclü alınıb ki, komanda rəsmi bəyanatla vəziyyətə müdaxilə etməli olub. İndi Norrisdə tələsik davrandığını etiraf edib…

Lando Norris: “Ümumilikdə, Bakıdakı həftəsonu çətin alınıb. Əlbəttə, mübarizəni vaxtından əvvəl dayandırdığım üçün çox məyus olmuşdum.

Mən Frankoya üzrxahlıq mesajı göndərmişəm, çünki dediyim fikirləri ümumiyyətlə səsləndirməməli idim. Başa düşürəm ki, belə etmək olmaz və emosiyalarım həddən artıq idi, amma bu, bəraət qazandırmır, mənim tərəfimdən bu, düzgün deyildi.

Mən özüm də səhvlərə yol vermişəm və bilirəm ki, bu, yarışın və imkanların son həddində mübarizənin ayrılmaz hissəsidir”.

,