Nik deFriz: Rənglər əla görünür

AlphaTauri rəng çalarlarını təqdim edən növbəti komanda olub. Onlar həm də eyni zamanda bir çox geyim məhsulunu da təqdim ediblər.

F-1.az xəbər verir ki, komandanın niderlandlı yeni sürücüsü rənglərdən razı qalıb.

Nik de Friz: “Formula1-ə gələn yolum həmişəkindən daha uzun oldu, amma belə bir fürsətə sahib olduğum üçün daha da minnətdaram. Effektiv iş münasibətləri yaratmaq üçün vaxt lazımdır, amma komandada məni çox isti qarşıladılar.

Deyəsən, hamı mənim gəlişimdən razı qalıb və mümkün qədər tez komandaya inteqrasiya olunmağım üçün hər şeyi edilib. Müxtəlif şöbələrdə oldum, mühəndislərlə danışdım. Seçimlərimdən, maşına olan tələblərimdən danışdıq. Bu, bir tərəfdən komandaya inteqrasiya üçün vacibdir, digər tərəfdən nəyi təkmilləşdirmək olar, bəzi texniki məsələlərin həllinə necə yanaşmaq lazımdır – bunlar barədə danışdıq.
AplhaTauri komandasının sürücüsü kimi ilk təqdimatımda iştirak etməkdən həzz aldım. Maşının rənglənməsi əla görünür və mən AT04-ü ən qısa zamanda trasda görmək istəyirəm”.

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*