F.Tost niyə Niki seçdiklərini açıqlayıb

AlphaTauri komandasının rəhbəri Frats Tost bildirib ki, Nik de Vriz onlar üçün doğru seçimdir.

F-1.az xatırladır ki, niderlandlı sürücü gələn ildən etibarən AlphaTauri-də Pyer Qaslini əvəz edəcək.

Frants Tost: “ Niyə Niki seçdik? Çünki o sürətlidir! Maksın tövsiyəsinə ehtiyac yox idi. Nikin uğurları bəs edirdi.

Onu keçmişdən tanıyıram. Kartinq dövrlərindən bəri dostuq. Səhv eləmirəmsə, 2011-ci ildə həm Avropa, həm də Dünya Çempionu titulunu qazanmışdı. Ondan sonra yarışdığı bütün seriyalarda uğurlu oldu. Formula Renault-da, GP3-də, Formula2-də və hətta, Formula E-də Dünya Çempionu titulunu qazandı. Məncə, o, Formula1-də yarışmağa layiqdir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*