N.Hülkenberq Williams-la müqavilə bağlayıb?

Almaniyanın Auto Bild qəzetinin bildirdiyinə görə, bu həftə Williams komandası gələn il üçün GP2 çempionu Niko Hülkenberqlə müqavilə bağlayıb. Rəsmən […]

Almaniyanın Auto Bild qəzetinin bildirdiyinə görə, bu həftə Williams komandası gələn il üçün GP2 çempionu Niko Hülkenberqlə müqavilə bağlayıb. Rəsmən müqavilə hələ təsdiq edilməyib, amma belə bir imkan aylardır ki, mətbuatda müzakirə olunur, həm də Hülkenberq Williams-ın test sürücüsüdür və komandanın sürücüyə onun meneceri Villi Veberin imzaladığı opsionu var idi…

Frənk Uilyams: “Niko cəsur sürücüdür, onun top-pilot olması üçün bütün imkanalrı var. Mən hesab edirəm ki, o Formula1-ə layiqdir.”

Williams-ın gələn il heyətini bütünlüklə dəyişməsi ehtimalı böyükdür. Niko Rosberq McLaren və ya Brawn GP-yə keçə bilər, Kazuki Nakacima Formula1 karyerasını bitirə və ya Toyota-da Yarno Trullini əvəz edə bilər. Williams-ın ikinci sürücüsünün adı, şayiələrə görə, hamı üçün sürpriz ola bilər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*