N.Hülkenberq Williams-da?

Heç kim şübhə etmir ki, gənc alman sürücü Niko Hülkenberq bu il GP2 seriyasında titul qazanacaq. Onun karyerası ilə məşhur […]

Heç kim şübhə etmir ki, gənc alman sürücü Niko Hülkenberq bu il GP2 seriyasında titul qazanacaq. Onun karyerası ilə məşhur Villi Veber məşğul olur, ona görə də Niko artıq iki ildir ki, rəsmən Williams komandasının test sürücüsüdür. O həm də komanda ilə gələn il üçün müqavilə bağlayıb, amma bu onun gələn il dünya çempionatının startına çıxması demək deyil…

Səm Maykl: “Bizim Hülkenberqlə müqaviləmiz var və yaxın həftələrdə biz müəyyən etməliyik ki, vəziyyət necə cərəyan edəcək. Əlbəttə, çox şey Niko Rosberqin qərarından asılı olacaq, o isə hələ bir söz deməyib ki, Williams komandasında dördüncü mövsümü keçirəcək, yoxsa McLaren komandasına keçəcək. Əgər Rosberq çoxlarının gözlədiyi kimi Lyuis Həmiltonun komanda yoldaşı olsa, onda Hülkenberqin şansı artacaq.

Sözsüz ki, Hülkenberq sürətlidir, o özündən sonra yaxşı təəssürat yaradır. Mən etiraf etməliym ki, Niko Williams-a namizədlərdən biridir, amma bizim siyahıda digər adlar da var.”

Çox güman ki, bu siyahıda Nik Haydfeld və Robert Kubitsanın da adları var, BMW şirkəti Formula1-i tərk etdiyi üçün bu təcrübəli sürücülər işsiz qalıb. Mayklın sözlərinə görə, gələn il üçün komandanın yaxşı sürücü seçimi var, hətta Williams heyətinin dəyişməz qalması ehtimalı da istisna deyil.

Amma ekspertlərin fikrincə, Kazuki Nakacima komandanı tərk edəcək: o Williams komandasına Toyota motorları ilə gəlmişdi, indi isə komanda gələn il üçün motor təchizatçısını dəyişmək fikrindədir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*