N.Haydfeld: “Mən məyus oldum”

Belçikada BMW Sauber komandası doqquz xal qazana bilib – mövsümün ilk on bir yarışında da komanda məhz bu qədər xal […]

Belçikada BMW Sauber komandası doqquz xal qazana bilib – mövsümün ilk on bir yarışında da komanda məhz bu qədər xal toplamışdı. Komandanın hər iki sürücüsü podium uğrunda mübarizə aparıb, amma hər ikisi bu mübarizədə Sebastyan Fettelə uduzub. Sıralanma turunda Nik Haydfel Robert Kubitsanı qabaqlasa da, yarışda ona uduzub…

Nik Haydfeld: “Komanda pis nəticə göstərmədi, amma mən məyus oldum. Üçüncü yerdən start alarkən mən daha yaxşı nəticəyə ümid edirdim, amma elə birinci dövrədəcə yarışı uduzdum. Biz starta kimi təkər seçimində tərəddüd edirdik, bərk tərkib daha sürətli görünürdü, amma gec qızırdı, hava günəşli olduğu üçün biz bu tərkibi seçdik və səhv etdik.

Mən Yarnonu La Source-dan əvvəl əylənmədə qabaqlamaq istədim, amma soyuq təkərlər asfalta ilişmirdi. Beşinci döngədə mənimlə birlikdə beş maşından trasdan çıxmalı olduq – burda daha bir neçə mövqe itirdim. Birinci pit-stopdan çıxarkən Mark Uebberlə toqquşmamaq üçün təkərləri bloka saldım.

Yarışın son hissəsində mən tədricən Robertə yaxınlaşıdrım, amma nə qədər sürətli olsam da onu ötə bilməyəcəydim, çünki rəqibin maşınına yaxınlaşan kimi maşının asfalta yatma qüvvəsi yox çıxırdı.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*