Türkiyə Qran Prisi – maşınların çəkisi

FİA Türkiyə Qran Prisindən sonra maşınların start yanacağı ilə tərəzidə çəkilmələrinin nəticələrini dərc edib. Sıralanma turunun son sessiyasına ən az […]

FİA Türkiyə Qran Prisindən sonra maşınların start yanacağı ilə tərəzidə çəkilmələrinin nəticələrini dərc edib. Sıralanma turunun son sessiyasına ən az yanacaqla Fernando Alonso (Renault) çıxıbmış, ispan sürücü aqresiv strategiya seçib və ilk pit-stopa birinci yollanacaq, amam yarışın gedişinə Təhlükəsizlik Maşını müdaxilə edə bilər.

Pouldan start alan Sebastyan Fettel də yüngül maşınla birincilik əldə edib, Censon Batton alman sürücüdən 2-3 dövrə sonra yanacaq doldurmağa gedəcək – çempionatın lideri hətta ondan sonra start alacaq komanda yoldaşından da ağır maşınla trasa çıxıbmış. İlk onluqda ən ağır maşın, əlbəttə, onuncu yeri tutmuş Robert Kubitsada olub – BMW Sauber ilk pit-stopu ləngitməklə strategiyaya lazımi düzəlişlər verə bilər.

Startda ən ağır maşın isə Sebastyen Burdedə olacaq, fransalı sürücüyə tərkərlər imkan versə, o yarışı bir pit-stopla başa vura bilər…

Maşınların yanacaqla dolu çəkiləri, kq-la (ehtimal olunan ilk pit-stop dövrəsi):
1. S.Fettel (Red Bull) – 649.5 (15)
2. C.Batton (Brawn GP) – 655.5 (17-18)
3. R.Barrikello (Brawn GP) – 652.5 (16)
4. M.Uebber (Red Bull) – 656.0 (18)
5. Y.Trulli (Toyota) – 652.0 (16)
6. K.Rəykkönen (Ferrari) – 658.0 (17)
7. F.Massa (Ferrari) – 654.0 (15)
8. F.Alonso (Renault) – 644.5 (13)
9. N.Rosberq (Williams) – 660.0 (19)
10. R.Kubitsa (BMW Sauber) – 664.0 (20-21)
11. N.Haydfeld (BMW Sauber) – 681.5 (27)
12. K.Nakacima (Williams) – 680.4 (27)
13. T.Qlok (Toyota) – 689.0 (30)
14. H.Kovalaynen (McLaren Mercedes) – 665.0 (20-21)
15. A.Sutil (Force İndia) – 668.5 (22)
16. L.Həmilton (McLaren Mercedes) – 696.5 (32-33)
17. N.Pike (Renault) – 689.6 (30)
18. S.Buemi (Toro Rosso) – 686.5 (27-28)
19. C.Fizikella (Force İndia) – 688.5 (29)
20. S.Burde (Toro Rosso) – 701.0 (34)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*