N.Haydfeld: “Bu gün bizim günümüz deyil”

Yaponiyada Nik Haydfeld dördüncü yerə real namizəd idi, amma ikinci pitdə ləngiməsi üzündən əvvəl Kimi Rəykköneni, Təhlükəsizlik Maşınının arxasında isə […]

Yaponiyada Nik Haydfeld dördüncü yerə real namizəd idi, amma ikinci pitdə ləngiməsi üzündən əvvəl Kimi Rəykköneni, Təhlükəsizlik Maşınının arxasında isə Niko Rosberqi irəli buraxıb. Beləliklə, alman sürücü yarışı altıncı yerdə başa vurub…

Nik Haydfeld: “Bu gün bizim günümüz deyil, çox məyus oldum. Biz dördüncü yeri qazana bilərdik, amma bir anın içində hər şey dəyişdi, xüsusən ikinci pitdə arxa sağ təkərin qaykası yerinə düz oturmadı. Hərçənd, heç nədən gileylənmirəm – belə şeylər bəzən olur, adətən biz boksda kifayət qədər operativ oluruq.

Mən Kimiyə yerimi uduzduqdan sonra bir müddət onu təqib etməyə çalışdım, sonra isə Təhlükəsizlik Maşını trasa çıxdı və mən sürətimi azaltdım və boksdan çıxan Rosberqi də irəli buraxmalı oldum.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*