18 Noyabr 2019, Bazar ertəsi - 12:16

Belçika-2017: Pirelli-dən Soft, SuperSoft və UltraSoft

Belçika-2017: Pirelli-dən Soft, SuperSoft və UltraSoft

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:16 - 21 Avqust, 2017

Pirelli bu il ilk dəfə Spaya ən yumşaq üçlüyünü – Soft, SuperSoft və UltraSoft tərkiblərini gətirəcək.

F-1.az bildirir ki, orta sürətin yüksək olması, sürətli döngələrin çox olması təkərləri əlavə yükləsə də, Pirelli Motorsport-un başçısı Mario İzola hesab edir ki, UltraSoft tərkibi işinin öhdəsindən gələcək…

Mario İzola: “Bir ay əvvəl biz bu trasda 24 saatlıq əfsanəvi marafonda iştirak etdik və bu trasın digərlərindən seçildiyi bütün hallarla üzləşdik: gözlənilməz hava şəraitindən başlayaraq rəqabətin yüksək səviyyəsinədək, belə rəqabət isə təkərlərin maksimum effektiv işləməsini tələb edirdi.

Bu il biz Belçikaya ən yumşaq təkərimizi – UltraSoft tərkibini gətirəcəyik və gözləyirik ki, yeni maşınlarla bu trasda təkərlərin yüklənməsi artacaq. Əlbəttə, ən optimal strategiya iki pit-stop etmək olacaq, amma ilk məşqlərdən sonra bizim əlimizdə daha dolğun məlumat olacaq.

Ümumiyyətlə, Spada optimal strategiyanı seçmək çətindir, bu trasda hər bir hadisəyə hazır olmalısan, hər bir hadisəni diqqətdə saxlamalısan, xüsusən də, yağışa, Təhlükəsizlik Maşınına, hətta qırmızı bayraqlara vaxtında reaksiya verməlisən. Spada komandalar çox vaxt əvvəldən planlaşdırılan strategiyaya deyil, şəraitəuyğun hərəkət edirlər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 12. 794
Teqlər ,
Paylaş

logo