N.Rosberq: Ferstappen çox səhv edir

Formula1 üzrə 2016-cı ilin Dünya Çempionu Niko Rosberq düşünür ki, Maks Ferstappen çox səhv edir.

F-1.az xatırladır ki, hollandiyalı sürücü bu il üç yarış həftəsonunda da səhv edib. Bəhreyndə rəqibi Həmiltondan aşkar sürətli olsa da, onu tras xaricindən ötdüyü üçün yerini geri verməli oldu. İmolada sıralanma turunda səhv edərək, yarışa üçüncü yerdən başladı, amma yarışı qazana bildi. Portuqlayida isə həm sıralanma turunda, həm yarışda tras limitlərini aşdığı üçün pouldan və sürətli dövrədən oldu.

Niko Rosberq: “Portuqaliyada sürücü fərqi sözünü dedi. Maks sıralanma turunda göründüyü kimi daha sürətli maşına sahib idi. Lakin çox səhv elədi. Lyuislə rəqabət etmək istəyən adam belə səhvlər etməməlidir. Hər işi düzgün görməlisiniz yoxsa sonu pis olar. Maks bu səhvlərdən qaçmalıdır. Bunlar kiçik səhvlər ola bilər, amma bir araya gələndə nəticəsi böyük olur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*