N.Rosberq: “Arxada baş verənlərdən xəbərim olmadı”

Mövsümün 3-cü yarışında 3-cü qələbəsini əldə edən Niko Rosberq start anında olan hadisələrdən xəbərdar deyilmiş.

F-1.az xəbər verir ki, yarışa pouldan başlayan Niko ilk döngədə Daniel Rikkardo tərəfindən keçilsə də, onun təkərinin partlamasından sonra yenidən liderliyə yüksəlib və finişə qədər lider gedib. O, finiş xəttini 2-ci yerdə gedən Fetteldən 37 saniyə tez keçib.

Niko Rosberq: “Start mənim üçün yaxş olmadı. Daniel yaxşı start aldı, amma bu gün maşınım çox sürətli idi və liderliyi yenidən ələ aldıqdan sonra vaxt fərqini artırmaq heç də çətin olmadı.

Startda arxada baş verən heç bir şeyi görmədim. Sadəcə rəqiblərimdən mümkün qədər çox uzaqlaşmağı düşünürdüm. Qəzalar da buna kömək etdi.

Qələbəni qarajımızda qeyd edəcəyik. Bu yaxşı olacaq, çünki hamı buna layiq idi. Sonra isə birbaşa evimə – ailəmin yanına gedəcəm. Onları görmək üçün səbirsizlənirəm…”

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*