21 Avqust 2019, Çərşənbə - 13:38

N.Rosberq aktyor olacaq?

N.Rosberq aktyor olacaq?

Müəllif: Rauf Hacıyev, redaktor

06:06 - 14 Dekabr, 2016

Formula1 karyerasını yeni bitirən Niko Rosberq bildirib ki, aktyorluq etmək istəyir…

F-1.az xatırladır ki, 31 yaşlı sürücü 2016-cı ildə Formula1 üzrə Dünya Çempionu titulunu qazandıqdan sonda təqaüdə çıxdığını bildirmişdi.

Niko Rosberq: “Aktyorluq etmək istəyərəm. Almaniyada bir neçə aktyor tanıyıram. Bəlkə bir gün sınayaram. Çox gözəl olar. Onsuz da bir az təcrübəm var, çünki Formula1 sürücüsü olsanız, bir neçə reklam filmində çəkilməlisiniz”.

Rosberq bildirib ki, hələ də təqaüdə çıxmağın həzzini yaşaya bilməyib, çünki çempionluğunu qeyd etmək üçün Dünyanı gəzməklə məşğuldur: “Milad vaxtı bir az boş vaxtım olacaq. Həyatımda yeni bir dövrə qədər qoyuram və həyəcanlıyam. Görək nə olur, amma indi ailəmlə daha çox vaxt keçirmək istəyirəm. Milad ağacımız, ailə yeməyimiz və hind toyuğumuzla İbizada olacayıq. Daha sonra yeni layihələri nəzərdən keçirəcəm. Amma bunlarla bir ildən tez məşğul olmayacam”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 472
Teqlər ,
Paylaş

logo