25 Avqust 2019, Bazar - 06:37

N.Hülkenberq: “Bu il rəqabət arta bilər”

N.Hülkenberq: “Bu il rəqabət arta bilər”

Müəllif: Rauf Hacıyev, redaktor

19:14 - 08 Yanvar, 2017

Renault komandasının sürücüsü Niko Hülkenberq ümid edir ki, yeni qaydalardan sonra tras üzərində rəqabət artar.

F-1.az xatırladır ki, son illərdə sürücülər yanacağa və təkərlərə qənaət etdiklərinə görə şikayət edirdilər. Amma Hülkenberq ümid edir ki, yeni qaydalar onlara boliddən daha çox performans almağa kömək edəcək: “Daha çox asfaltayatma qüvvəsi və daha enli təkərlərlə rəqabət arta bilər. Sözün açığı, hazırda təkərlərin və bolidlərin necə performans göstərəcəklərini bilmirik. Bir dənə onu bilirik ki, sürətli olacaqlar. Proqnoz vermək üçün hələ tezdir. Hələ təkərləri test etmədiyim üçün nə deyəcəyimi bilmirəm.

Testlərin tezliklə başlamasını və digərlərinin performansını görmək istəyirik. Bu mövsüm bizim üçün çətin keçəcək. Amma yeni bolidləri idarə etməkdən həzz almaq istəyirəm. Ümid edirəm ki, gözəl bir mövsüm olar”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 068
Teqlər ,
Paylaş

logo