Hülkenberq təkərlərin qeyri-sabit performansından şikayətlənib

Alman sürücü etiraf edib ki, komandanın builki maşını təkərləri olduqca tez deqredasiya edir.

F-1.az xəbər verir ki, Niko Kanadadakı yarış ərəfəsində bunun səbəbini hələ də anlamadıqlarını, çıxış yolu axtardıqlarını qeyd edib.

Niko Hülkenberq: “Monrealdakı tras Barselonadan çox fərqlidir və bu həftə sonu şərtlər fərqli olacaq. Bəzi traslarda təkərlərin qeyri-sabit davranışı, onların artan deqradasiyası səbəbindən problemlər yaşadıq. Bəzi həftə sonlarında o, daha çox, bəzilərində daha az görünürdü və hamısı trasın xüsusiyyətlərindən, əhatə dairəsindən və əlimizdə olan təkər tərkiblərindən asılıdır. Təbii ki, biz bunun üzərində işləyirik, müxtəlif traslarda daha sabit çıxış etmək üçün problemin həllini tapmağa çalışırıq, lakin bütün bunlar hələ də davam edən proseslərin bir hissəsidir.

Ümumiyyətlə, Monrealdakı yarışlarla bağlı gözəl xatirələrim var, bu, mənim sevimli Qran Prilərimdən biridir. Trası, bu şəhəri bəyənirəm və avtoidmana ehtiraslı sevgisi ilə seçilən kanadalı azarkeşlər var. Biz onları hiss edirik. Ona görə də mən mümkün qədər tez işə başlamaq istəyirəm. Havaya gəlincə, burada gözlənilməz olur, ona görə də sadəcə gözləməyi təklif edirəm”.

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*