S.Abitebul: “2019-cu ildən əvvəl qazanmaq mümkünsüzdür”

Renault Sport-un rəhbəri Siril Abitebul bildirib ki, 2019-cu ildən əvvəl yarış qazanmaq hədəfləri yoxdur.

F-1.az xatırladır ki, Renault 2016-cı ildə Lotus komandasını satın alaraq, 5 ildən sonra Formula1-ə komanda kimi qayıtsa da, bərbad mövsüm keçirərək, debüt ilində 9-cu yeri tutmuşdular. Lakin fransızlar yeni mövsümə daha yaxşı başlayıblar və Hülkenberqin hesabına hər yarışdan xal qazana bilirlər.

Siril Abitebul: “Bu il özümüzü orta qrupa yüksəltmək və orada mübarizə aparmaq istədik. Təbii ki, daha yaxşı pillələr üçün mübarizə aparmaq istəsək də, bunu qismən bacarmışıq. Qələbə 2019-cu ildə mümkün olmalıdır. Uzun müddət kimi görünsə də, elə deyil. Ən yaxşı komandaların harada olduğunu bilirik. Formula1 insanlara bağlıdır. Bu gün biri ilə müqavilə bağlayarsan, amma onun istedadından bir və ya iki il sonra faydalanarsan. Hədəfimiz yenidən yüksək pillələr uğrunda mübarizə aparmaqdır. 2020-ci ildə çempionluq uğrunda mübarizə aparmağı hədəfləyirik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*